Haqqımızda

Biz Kimik

Əsası 2014-cü ildə qoyulan Unolab MMC tibb müəssisələrinin laboratoriya bölümü üzrə ixtisaslaşmışdır. Unolab MMC, öz müştərilərinə biokimya, immunoferment, bakteriologiya, PZR və digər sahələrdə reagent və avadanlıqların satışını və servisini təklif edir.

Unolab MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində ünvanında yerləşən baş ofisi və əsas anbarı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən əlavə anbarı mövcuddur. Əsas və əlavə anbarlar malların qəbulu, düzgün qaydada saxlanılması və istifadəsi üçün lazımı anbar avadanlıqları və bəzi xüsusi şəraitdə saxlanılması tələb olunan mallar üçün isə soyuducu sistemlər ilə təchiz edilmişdir.

Unolab MMC hər zaman öz fəaliyyətində yüksək keyfiyyəti əsas götürür. Ona görə də şirkət, əsasən bu sahədə tanınmış xarici təchizatçılar ilə əməkdaşlıq edir.

Şirkətin bütün idarəetmə prosesləri (satış, satınalma, loqistika, istehsalat, anbar fəaliyyəti, insan resursları, maliyyə prosesləri və s) mərkəzləşdirilmiş ERP sistem vasitəsilə idarə olunur.  Bu da öz növbəsində proseslərin daim nəzarətdə saxlanılmasına, effektivliyin və səmərəliliyin artırılmasına imkan yaradır.

Şirkətin işçi heyəti isə öz sahəsində peşəkar kadrlardan təşkil olunmuşdur. Hazırda şirkətin 13 əməkdaşı var.